İran ABŞ-ın pilotsuz uçuş aparatını vurub - Ağ Ev təkzib edir

20 İyun 2019 08:39 (UTC+04:00)

İran İnqilab Keşikçiləri Ordusunun kosmik qüvvələri ölkənin cənubunda yerləşən Hürmüzgan əyalətində ABŞ-ın Hərbi Hava Qüvvələrinə aid pilotsuz uçuş aparatını endirib.

Ä°ran, ABD

AzNews.az xəbər verir ki, bu barədə İnqilab Keşikçilərinin internet saytında açıqlama verilib.

Açıqlamada İran İnqilab Keşikçiləri Ordusunun Hava-Kosmos Qüvvələri tərəfindən Hürmüzgan əyalətinə bağlı Kuhmubarek şəhərinin sahilində ABŞ hava qüvvələrinə aid "Global Hawk" tipli pilotsuz uçuş aparatının vurularaq endirildiyi qeyd edilib.

https://twitter.com/Manzarpour/status/1141546493746262018

Breaking News: Iran says it has downed s US Global Hawk drone in its airspace. https://t.co/Y2ECFtkrNs

— Mohammad Manzarpour (@Manzarpour) 20 июня 2019 г.

CENTCOM-un sözçüsü Bill Urban ABŞ-ın İran səmasında pilotsuz uçuş aparatı olmadığını deyib. O, İranın açıqlamasını təkzib edib.

Pərvanə Ağazadə

AzNews.az