“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü olduğu kimi qəbul etmir”

20 İyun 2019 09:07 (UTC+04:00)

İyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə bir araya gələcək. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Vaşinqtonda XİN rəhbərləri ilə görüşdən öncə bəyan edib ki, ABŞ Ermənistan və Azərbaycan arasında Qarabağ nizamlanması məsələsi üzrə dialoqu təşviq etməyə davam eləyəcək.

Ancaq nədənsə ABŞ diplomatı Ermənistanın danışıqların növbəti raundu ərəfəsində törətdiyi təxribatlardan bəhs etməyə lüzum görməyib. İşğalçı ölkənin təxribatları nəticəsində iyun ayında Azərbaycan ordusu iki şəhid verdi. Həmçinin Ermənistanın müdafiə naziri əsgərimizin qətlinə şəxsən əmr verdiyini bəyan etdi. Lakin həmsədrlər bütün bu həyasızlıqlara reaksiya vermədi.

Ermənistan işğal altındakı Azərbaycan ərazilərində hərbi təlimlər keçirməklə ABŞ-ın ev sahibliyi ilə keçiriləcək növbəti Qarabağ danışıqlarının mənasını heçə endirmiş oldu.

Vaşinqton görüşü ərəfəsində düşmən ölkə bəyan etdi ki, 17-20 iyun tarixlərində işğal altındakı Ağdam rayonu ərazisində keçiriləcək hərbi təlimlərə 10 min hərbçi, 200 artilleriya qurğusu, 150 zirehli maşın, 50-dən artıq zenit qurğusu, 400-dən artıq avtomobil və qoşqu vasitəsi cəlb edilib.

Image result for Arzu Nağıyev

Politoloq Arzu Nağıyev bununla bağlı danışarkən bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü əvvəlcədən planlaşdırılmışdı: “Moskva və Paris görüşlərindən sonra bu görüşün Vaşinqtonda baş tutacağı gözlənilən idi. Yəni burada həm də münaqişənin həllində söhbət nüfuz məsələsindən də gedir. Yəni ATƏT-in Minsk Qrupu bir hesabat və ya bununla bağlı bəyanat verəcək bir qurum kimi öz işlərini yerinə yetirir. Baş tutacaq görüşə gəldikdə isə buna mən görüş naminə görüş deyərdim. Ermənistan son görüşdə üzərinə götürdüyü-istər humanitar baxımdan, istərsə də digər öhdəlikləri yerinə yetirmədən bu görüşdə nədən danışacağı məlum deyil. Bu, artıq görüşün gərgin keçəcəyindən xəbər verir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü olduğu kimi qəbul etmir və hər vəchlə gah formatın dəyişdirilməsi, gah separatçılara əlavə mandatın verilməsi iddiaları ilə çıxış edir, süni gərginlik yaradır, müxtəlif siyasi oyunlar nümayiş etdirir. Bu azmış kimi, atəşkəsi demək olar ki, hər gün pozur, hər iki tərəfdən itkilər verilir. Hazırda isə 10 minlik canlı qüvvə və hərbi texnika ilə məhz işğal olunun ərazilərdə təlim keçirməsi artıq heç bir çərçivəyə sığmayan özbaşınalıqdır”. A.Nağıyev hesab edir ki, keçirilən hərbi təlimlər daxili gərginliyin ortaya çıxartdığı bir oyundur: “Rusiya səfirinin Röbert Köçəryanla görüşü də, Ermənistan XİN-in notası da bu seriyadandır. Yəni bir daha qeyd edərdim ki, belə bir şəraitdə görüş ancaq protokol naminə ola bilər və münaqişənin həllində hər hansı müsbət effekt verəcəyi inandırıcı görünmür”.

Politoloq Məhəmməd Əsədullzadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullzadə isə dedi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimlər birbaşa Vaşınqton görüşünü sabotaj etməkdir: “Ermənistan ötən həftə Naxçıvanda Azərbaycanla Türkiyə arasında keçirilən ”Sarsılmaz qardaşlıq" kod adlı hərbi təlimlərdən təşvişə düşüb. Məhz rəsmi İrəvanın hazırkı təlimləri sülh danışıqlarından yayınmaq və Kremlin təlimatı ilə prosesi uzatmaqdır. Bu təlimlər hesab edirəm ki, Vaşinqtonda hər hansı sülh imkanlarını sıfıra endirir. Bundan əlavə, Vaşinqton danışıqlarda vasitəçilik missiyasını üzərinə götürdükdə Moskva buna imkan vermir. Bu təlimlərdə birbaşa Moskvadan Vaşinqtona mesaj kimi qiymətləndirirəm. Bu Paşinyanın bir daha danışıqlarda maraqlı olmadığını göstərir". Ekspert hesab edir ki, rəsmi Bakı bu təlimlər barədə Vaşinqtonda məsələni qaldırmalıdır: “Çünki danışıqlar ərəfəsində belə bir təlimlərin keçirilməsi Vaşinqtonun vasitəçiliyi ilə Paşinyan tərəfindən hörmətsizlikdir. Bunu açıq şəkildə Azərbaycan xarici işlər naziri qaldırmalı və erməni həmkarından hesabat tələb etməlidir”.

M.Əsədullazadə vurğuladı ki, həmsədrlərin görüşdə iştirak etməsi bu görüş haqqında onda pessimizmi artırır: “Çünki Fransa və Rusiya münaqişənin sülh yolu ilə həll edilməsinin zəruriliyində maraqlı olmadığını daim göstərirlər. Rəsmi Bakı birmənalı şəkildə Bolton planına və BMT-nin 822 -ci qətnaməsini, yenilənmiş Madrid prinsiplərini rəhbər tutaraq danışıqlarda tələb irəli sürməlidir. Bakı birbaşa İrəvandan ərazilərin boşaldılmasını tələb etməli, Vaşinqtonun vasitəçiliyi ilə daha da inkişafına nail olmalıdır. Artıq Ermənistanda baş verənlər ABŞ-da xəyal qırıqlığı yaradıb. Bakı və Vaşinqton birlikdə Ermənistandan daha da konkret mövqe ortaya qoymasını tələb etməlidir. Qeyd edim ki, ABŞ-ın mövqeyi bizimlədir və nazir bu görüş imkanlarından kifayət qədər faydalanıb ABŞ-ın vasitəçiliyinin intensiv davam etdirilməsinə nail olmalıdır”. (Musavat.com)