“Boşanmaların 5-10% artmasının səbəbi sosial şəbəkələrdir“

6 May 2013 08:40 (UTC+04:00)


APA-nın məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, ölkədə internet istifadəçilərinin hüquqlarının pozulması faktları müşahidə olunur, eyni zamanda insanların internet vasitəsilə, əsasən də sosial şəbəkələrdə bir-birini təhqir etməsi, həmçinin cinayət xarakterli hallara rast gəlmək mümkündür: "Bu cür faktlar internetin sürət etdiyi ölkələrdə daha çox müşahidə olunur, bir çox ölkələrdə isə boşanmaların 5-10% artmasının səbəblərindən biri insanların sosial şəbəkələrdə xoşagəlməz fəaliyyətidir. Hesab edirəm ki, Azərbaycanda internetin hüquqi bazasının inkişafına ehtiyac var".

AzNews.az