ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə Patriot raket kompleksləri, pilotsuz təyyarələr və müşahidə təyyarələri göndərəcək.
AzNews.az “TASS”a istinadən xəbər verir ki, Pentaqonun bəyanatında CENTCOM-un təklifindən sonra Patriot raket alayını, pilotlu, pilotsuz müşahidə təyyarələrini və digər əngəlləyici vasitələri göndərəcəyi deyilir.
"Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır. Ancaq biz ABŞ-ın regiondakı güc və maraqlarını müdafiə etmək əzmindəyik və buna hazırıq", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, Pentaqon İranla baş verən gərginlik səbəbilə bölgəyə 1000 əsgərin də göndərilməsini planlaşdırıb.
Pərvanə Ağazadə
AzNews.az