Bakıda konsert verən məşhur reperin şalvarı arxadan cırıldı - VİDEO

20 İyun 2019 10:09 (UTC+04:00)

Məşhur reper Kardi B səhnədə çətin vəziyyətə düşüb.

AzNews.az xəbər verir ki, reperin geyimi arxadan cırılıb. ABŞ-ın Tennessi ştatında baş tutan festivalda çıxış edən sənətçinin geyimi qəfildən yırtılıb. Ön cərgədə dayanan tamaşaçılar bu barədə repçiyə xəbərdarlıq ediblər. O, isə kulisə keçərək paltarını dəyişib.

Qeyd edək ki, Kardi B "Formula 1 Azərbaycan Qran Prisi-2019" başa çatdıqdan sonra Bakıda konsert proqramı ilə çıxış edib.

Uşaqlığı Nyu-York şəhərinin Bronks səmtində keçən və əsl adı Belkalis Almanzar olan Kardi B reperlik fəaliyyətindən əvvəl etdiyi mübahisəli paylaşımları ilə sosial şəbəkələrdə məşhurlaşıb.

Kardi B 2015-2017-ci illər arasında VH1 televiziya kanalınının “Love & Hip Hop: New York” realiti şousunun daimi üzvü olub və 2017-ci ilin fevralında “Atlantic Records” səsyazma şirkəti ilə ilk böyük müqaviləsini imzalayıb. Onun həmin şirkət ilə birgə çıxardığı "Bodak Yellow" adlı sinqlı ona solo Lorin Hildən (1998) sonra ABŞ-ın “Billboard Hot 100” hit-paradında 1-ci yeri tutan 2-ci qadın reper statusunu qazandırıb. Üç həftə ard-arda 1-ci yeri qoruyub saxlayan reper Taylor Svift ("Look What You Made Me Do") ilə birgə 2017-ci ildə qadın ifaçılar arasında hit-paradın ən uzun müddətli nömrə 1-i olub. Həmin sinql reperin 2018-ci ildə çıxardığı “Invasion of Privacy “ adlı ilk musiqi albomuna da daxil edilib.

Aynur

AzNews.az