Çin Xalq Respublikasının sədri Şimali Koreyaya getdi

20 İyun 2019 10:20 (UTC+04:00)

Çin Xalq Respublikasının sədri Si Cinpin Şimali Koreyaya rəsmi səfərə gedib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarında paytaxt Pxenyana gedən Sinin iki gün davam edəcək səfər çərçivəsində Şimali Koreya lideri Kim Çen In və bir sıra rəsmilərlə görüşəcəyi bildirilir.

Çin mətbuatının verdiyi xəbərə görə, səfərdə onu xarici işlər naziri Vanq Yi, Dövlət İnkişaf və İslahatlar Komitəsinin sədri He Lefenq və bir sıra diplomatlar da müşaiyət edəcək.

Kim Çen Inın dəvəti ilə səfərə gedən Si 2005-ci ildən bəri Şimali Koreyaya dövlət başçısı kimi gedən ilk Çin lideridir.

O, sonuncu dəfə Şimali Koreyaya 2008-ci ildə ölkə liderinin köməkçisi olaraq gedib.

Xəyalə

AzNews.az