Mətanət onu tərifləyən şəxsə sərt reaksiya göstərdi

20 İyun 2019 10:21 (UTC+04:00)

Əməkdar artist Mətanət İsgəndərli məkanların birində kiçik yaşlı uşaqların izdihamı ilə qarşılanıb.

AzNews.az xəbər verir ki, uşaqlarla şəkil çəkdirən zaman bir nəfər əməkdar artistə yaxınlaşaraq “Əsl sənətkar sizsiniz. Tanınmışlar özlərini elə aparırlar ki, guya ki, böyük adamlardılar. Böyük adam sizin ürəyinizdir. Halaldı sizə” deyib.

Əməkdar artist həmin şəxsə etirazını bildirərək əli ilə işarə edərək susdurub.

Görüntü İnstagramda paylaşılıb və sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə edilib.

Rəqsanə

AzNews.az