Abşeronda 15 yaşlı oğlan eyvandan yıxılaraq öldü

20 İyun 2019 11:27 (UTC+04:00)

Abşeronda 15 yaşlı oğlan faciəvi şəkildə ölüb.

Hadisə dünən 22 radələrində Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, mən 74-də qeydə alınıb.

Həmin mənzildə yaşayan 2004-cü il təvəllüdlü Kənan Musayev ehtiyatsızlıqdan evin eyvanından yıxılıb. O, Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. (APA)