Qazaxıstanda təyyarə qəzaya uğradı

20 İyun 2019 12:20 (UTC+04:00)

Qazaxıstanın Akmola vilayətində “AN-2” təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb, uçuş heyətinin 2 üzvü isə yaralanıb.

TASS-a istinadən xəbər verilir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitənin nümayəndəsi Nursultan Nuraxmetov bildirib.

Onun sözlərinə görə, hadisə iyunun 20-də səhər saatlarında Akmola vilayəti Selinoqrad rayonunun Rodina kəndinin 10 km-liyində baş verib.

Yaralılar hospitala yerləşdirilib. (Report)