Ermənilərin törətdiyi yanğın təmas xəttindəki qəbiristanlığa keçdi - FOTO

20 İyun 2019 12:32 (UTC+04:00)

Ağdamda qəbiristanlıqda yanğın başlayıb.

Ermənilər işğal altındakı Baş Qərvənd kəndində törətdiyi yanğın neytral ərazini keçərək təmas xəttində yerləşən Qərvənd kənd məzarlığının yanmasına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Ərazi düşmənin müşahidəsi altında olduğu üçün yanğının söndürülməsində çətinliklər yaranıb. (APA)