Bakıda ər arvadını bıçaqladı - azyaşlı övladını da götürüb qaçdı

20 İyun 2019 13:03 (UTC+04:00)

Paytaxtın Nəsimi rayonunda ağır xəsarətlərlə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb.

Nəsimi rayon sakini, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızı boşanma ərəfəsində olduğu həyat yoldaşı ilə mübahisə edib. Üz və kürək nayihəsindən müxtəlif bıçaq xəsarətləri alan G.Əliyeva xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən ər azyaşlı övladını da götürərək qaçıb.

Faktla bağlı araşdırma aparılır. (APA)