Gürcüstan parlamentinin sədri Azərbaycana gəldi

20 İyun 2019 13:10 (UTC+04:00)

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana gəlib.

İyunun 20-21-də baş tutacaq səfər çərçivəsində gürcü spiker Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşəcək.

İ.Kobaxidze həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacaq, Baş Nazir Novruz Məmmədovla da görüşəcək.

Bakıya rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının 53-cü plenar sessiyasında iştirak edəcək. (report)

AzNews.az