Gürcüstan parlamentində mübahisə düşdü - Beynəlxalq tədbir yarımçıq qaldı

20 İyun 2019 13:44 (UTC+04:00)

Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 26-cı Baş Assambleyasında mübahisə yaranıb.

Buna səbəb PPA-nın prezidenti, Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlament spikerinin kürsüsündə əyləşərək toplantıya sədrlik etməsi olub.

Müxalifət partiyalarının nümayəndələri bunu Gürcüstan dövləti və xalqına qarşı təhqir olduğunu bildiriblər. Onların sözlərinə görə, işğalçı Rusiya Gürcüstandakı toplantıya sədrlik edə bilməz.

Parlamentin müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputatı Salome Samadaşvili deyib ki, hakimiyyət rusiyalı deputatı ölkəyə buraxmamalı idi.

Qanunverici orqanda mübahisə fonunda Rusiya əleyhinə şüarlar səsləndirilib.

Gürcü Arzusu fraksiyanın sədri Mamuma Mdinaradze bildirib ki, S.Qavrilovun spikerin kreslosunda əyləşməsi razılaşdırılmayıb. O, PPA-nın Assambleyasının toplantısının dayandırıldığını deyib. Onun sözlərinə götə, tədbir sabah başqa yerdə davam etdiriləcək. (report)

AzNews.az