DÇ-2022-nin ev sahibliyi Qətərdən alına bilər

20 İyun 2019 15:07 (UTC+04:00)

2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının yeri dəyişdirilə bilər.

Qurum mundiala ev sahibliyi hüququnu Qətərdən almaq niyyətindədir.

Buna Asiya ölkəsinin bu hüquqa yiyələnməsi ilə bağlı korrupsiya qalmaqalı səbəb olub. FİFA yarışı qəbul etmək üçün yeni namizəd axtarışına da başlayıb. Qurumun bununla bağlı bəzi ölkələrlə gizli görüşlər keçirdiyi bildirilir.

Qeyd edək ki, DÇ-2022-nin ev sahibliyi 2010-cu ilin dekabrında Qətərə verilib. Həmin vaxt digər namizədlər ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya olub. (APA)