Yevlaxda mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

20 İyun 2019 18:41 (UTC+04:00)

Hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Ford" markalı sərnişin mikroavtobusu ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik maşını zərbənin gücündən aşıb və iki nəfər xəsarət alıb. Onlardan biri 1988-ci il təvəllüdlü Lamiyə Hüseynova Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Samux rayon sakini, 1966-cı il təvəllüdlü Məlahət Əliyevaya isə həyəcanlandığından özünü pis hiss etdiyi üçün hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasının həkimləri tərəfindən yerindəcə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (report.az)