QHT sədri Lider TV-də siyasi veriliş aparacaq

20 İyun 2019 19:24 (UTC+04:00)

BAXCP sədrinin müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin Orduxanlı Lider televiziyasında “Gələcəyə Doğru” verilişinin aparıcısı olacaq.

Bununla bağlı mətbuata açıqlama verən Niyaməddin Orduxanlı bildirib ki, bu, təklif Lider televiziyası tərəfindən olunub: ”Artıq Lider televiziyasında bu həftədən itibarən “ Gələcəyə doğru” yeni verliş yayımlanacaq. Veriliş əsasən gənclərin siyasi biliklərinin arıtırılması və dövlət maraqlarının müdafiəsində yaxından iştirakı üçün nəzərdə tutulur. Veriliş də aparıcının da siyasətçi olması nəzərdə tutulub. Təklifi müsbət dəyərləndirdim. Və ilk veriliş çəkilib. İyun ayının 22-i saat 20:30-da Lidet TV-də yayımlanacaq. Düşünürəm ki, Azərbaycan ictimaiyyətinə, xüsusən də gənclərimizə doğru istimaqətin yollarını göstərəcəyik.”

AzNews.az