Məşhur musiqiçi pəncərədən yıxılaraq öldü

20 İyun 2019 21:18 (UTC+04:00)

Fransız musiqiçi Parisdə qədim binalardan birinin yuxarı mərtəbəsindən düşüb. Zdarın dostu Sebastyen Farran bildirib ki, musiqiçi pəncərədən təsadüfən yıxılıb.

Qeyd edək ki, Filipp 1993-cü ildə Hubert Blank-Frekardla birlikdə “Cassius” haus-layihəsinin əsasını qoyub. Duet 20 ildən çoxdur məşhurlar tərəfindən istifadə olunur. (Qafqazinfo)