Abşeronda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb

20 İyun 2019 22:13 (UTC+04:00)

Fatmai kəndində 1986-ci il təvəllüdlü Hacıyev Mahir Abbas oğlu yolu keçərkən onu sərnişin avtobusu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Baş vermiş hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verilib. (APA)