Salyanda yol qəzasında 3 nəfər xəsarət alıb

20 İyun 2019 22:49 (UTC+04:00)

Hadisə Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən körpünün yaxınlığında qeydə alınıb.

Rayonun Sarvan kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Əmrah Füzuli oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən digər maşınla toqquşub. Nəticədə “Mercedes”in sürücüsü və avtomobildə olan Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri - Bəhrəmov Kazım Qasımxan oğlu və onun oğlu Bəhrəmov Elvin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)