Raul “Real”da baş məşqçi oldu - Rəsmi

20 İyun 2019 22:54 (UTC+04:00)

41 yaşlı veteran hücumçu bu dəfə məşqçi kimi çalışacaq. O, “Real”ın ikinci komandası sayılan “Kastilya”ya rəhbərlik edəcək.

“Real”ın sabiq kapitanı ilə bağlanılan müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, 1994-2010-cu illərdə “Real”da çıxış edən Raul 550 oyuna 228 qol vurub. (Qafqazinfo)