Böyük Britaniyanın baş naziri kim olacaq?

20 İyun 2019 23:32 (UTC+04:00)

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson və hazırkı xarici işlər naziri Ceremi Hant Mühafizəkarlar Partiyasının lideri və ölkənin baş naziri postuna seçilməsi üçün mübarizənin final mərhələsinə çıxıblar.

Seçki prosesi poçt səsverməsinin nəticələrindən sonra, iyulun ikinci yarısında başa çatacaq.

Yeni baş nazir seçilənə qədər, bu vəzifəni Tereza Mey icra edəcək.

Qeyd edək ki, T.Mey iyunun 7-də partiyanın lideri vəzifəsindən rəsmi olaraq istefa verib.(trend.az)

AzNews.az