Gürcüstanın DİN rəhbəri istefa verməyə hazır olduğunu bildirib

20 İyun 2019 23:31 (UTC+04:00)

O bunu etiraz aksiyasının keçirildiyi parlament binası qarşısında jurnalistlərə deyib.

"Mən belə bir zərurət yaranarsa, problemsiz istefaya gedərəm", - deyə o bildirib.

Gürcüstanda etirazlar cümə axşamı başlayıb. Ölkənin parlament binası qarşısına toplaşan mitinqçilər Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasının sessiyasında iştirakına etiraz edirlər. Hazırda onlara müxalifət nümayəndələri də qoşulub və hökumətin istefası tələb olunur.

Aksiya zamanı artıq iştirakçılar və polis arasında qarşıdurma yaranıb. Polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını almağa çalışır. Qarşıdurma nəticəsində hər iki tərəfdə xəsarət alanların olduğu bildirilir. (Report)