"Kadr dəyişiklikləri ölkəmizin inkişafı üçün atılan addımlardandır"

21 İyun 2019 10:35 (UTC+04:00)

Yeni kadrların təyin olunması ölkədə həmin istiqamətdə daha böyük inkişafın olacağından xəbər verir.

Bunu AzNews.az-a açıqlamasında Prezident İlham Əliyevin kadr dəyişikliyi üzrə dünən imzaladığı sərəncamlardan danışarkən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov bildirib.

“Prezident öz komandasında istənilən vaxt müvafiq kadr dəyişikliyi etmək səlahiyyətindədir. Bu təyinatları edən zaman cənab Prezident hər bir vəzifəli şəxsin keçmiş xidmətlərini nəzərə alır. Təbii ki, bütün bu kadr dəyişiklikləri ölkəmizin daha da inkişaf etməsi üçün atılan addımlardandır. Yeni təyinatlar ölkənin həmin istiqamətdə müsbət irəliləyişlər əldə edəcəyindən xəbər verir. Bu, çox yüksək qiymətləndirilməlidir”, - deyə politoloq qeyd edib.

AzNews.az