Ramil Usubov kollektivlə sağollaşdı, Vilayət Eyvazov DİN əməkdaşlarına təqdim edildi

21 İyun 2019 11:23 (UTC+04:00)

Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

Hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. (Report)