Sankt-Peterburqda davada iştirak edən Azərbaycan vətəndaşları saxlanıldı

21 İyun 2019 14:24 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığındakı gölün kənarında baş verən davada iştirak edən 7 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib.

"RİA "Novosti”yə istinadən xəbər verir ki, aralarında 4 Özbəkistan, 2 Azərbaycan, 1 Rusiya vətəndaşı olan şəxslər barəsində kiçik xuliqanlığa görə protokol tərtib olunub.

Hadisə zamanı xəsarət alan 1 özbəkistanlı xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə əlaqədar araşdırma aparır. (Report)