Manafdan Nazpəriyə dəstək: Bu, nə gündədir ki, metro ilə gedir - VİDEO

21 İyun 2019 15:22 (UTC+04:00)

ARB TV-nin “Səhər-Səhər” proqramının qonağı müğənni Manaf Ağayev olub.

AzNews.az xəbər verir ki, o, Xalq artisti Nazpəri Dostəliyevanın “Sənətçi metroya minməz” sözlərinə dəstək olduğunu deyib:

“Nazpəri xanıma böyük hörmətim var. Sözünü demiş sənətkardır. Bu yaxınlarda cüzi bir söz demişdi. Sonra da mənim metroda çəkilən şəklimi qoymuşdular. Həmin şəkil köhnədir, qışda çəkilib. Mən bu barədə Nazpəri xanımla telefonla danışdım. Birincisi, Nazpəri xanım o sözü başqa mənada deməyib. Lap tutaq ki, başqa mənada deyir. Bəlkə, səhv deyir?! Hansı makiyajla, hansı geyimlə gedib metroya minəcəksiniz? Deməzlər ki, bu, nə gündədir ki, metro ilə gedir. Heç olmasa taksi ilə get”.

Aynur

AzNews.az