Bakı Uşaq Teatrı müraciət etdiyi “Sehirli tütək” adlı tamaşanı təqdim edəcək.
Teatrdan AzNews.az-a verilən məlumata görə, təqdimat iyulun 22-də Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında keçiriləcək.
Tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, ssenari müəllifi Maarif Məmmədovdur.
Rollarda Niyaz İlyasoğlu, Rauf Hüseynli, Mehman Piriyev, İlhamə Əhmədova, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Nicat Əhmədov, Flora Hüseynova, Gülnar Məmmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Günay Pirizadə və Nərminə Məhərrəmova ifa edirlər.
Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimlidir.
Bahar RÜSTƏMLİ
AzNews.az