İngiltərənin nüfuzlu qəzeti cinayət xəbərinə Məryəm Uzerlinin fotosunu qoydu

21 İyun 2019 17:11 (UTC+04:00)

İngiltərənin nüfuzlu “The Sun” qəzeti cinayət xəbərində aktrisa Məryəm Uzerlinin fotosundan istifadə edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada yaşayan 31 yaşlı Vasili Mangoşvili münasibətdə olduğu üç uşaq anası Tatyana Muxorotovanı qətlə yetirib.

Buna səbəb qadının Vasilini təhdid etməsi, həyat yoldaşından ayrılaraq onunla evlənməsini deməsi olub.

Vasili qadını boğaraq öldürüb və sonra cəsədi yandırıb.

“The Sun” qəzeti xəbərin manşetində Məryəm Uzerlinin “Muhteşem Yüzyıl” serialındakı obrazından istifadə edib.

Rəqsanə

AzNews.az