Sürüşmə zonalarında vəziyyət stabildir

6 May 2013 10:20 (UTC+04:00)



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, monitorinqlər 70-ə yaxın ərazidə 220 sürüşmə sahəsini əhatə edib.

Monitorinq nəticəsində məlum olub ki, ölkədəki sürüşmə zonalarında ciddi aktivləşmə yoxdur. Onun sözlərinə görə, bu il Azərbaycandakı sürüşmə zonaları əvvəlki illərlə müqayisədə elə də aktiv deyil.

Ötən illər sürüşmə zonalarında daha çox aktivlik qeydə alınıb. Hazırda sürüşmə sahələrində vəziyyət stabildir.

AzNews.az