Qobustanda iki uşaq süni göldə boğuldu

22 İyun 2019 10:08 (UTC+04:00)

Qobustan rayonunda iki uşaq göldə boğulub.

Hadisə rayonun Acıdərə adlı ərazisində yeni yaradılan süni göldə qeydə alınıb.

Yaxınlıqda yaşayan uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar. Ailələrinin axtarışından sonra məlum olub ki, hər ikisi həmin göldə yuyunarkən boğulub.

Axşam saatlarında onların cansız bədəni sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)