Qəzalar 4 ayda 103 can aldı

6 May 2013 10:47 (UTC+04:00)


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu il yanvarın 1-dən may ayının 4-ə qədər paytaxt ərazisində yol hərəkətini pozan 220925 sürücü haqqında inzibati protokol tərtib edilib. Hesabat dövrü ərzində 375 yol qəzası qeydə alınıb. Nəticədə 103 nəfər ölüb, 448 nəfər yaralanıb.

AzNews.az