Havay adalarında təyyarə qəzası - 9 nəfər öldü

22 İyun 2019 15:36 (UTC+04:00)

ABŞ-ın Havay adalarında ikimühərrikli təyyarə qəzaya uğrayıb.

Hadisə nəticəsində təyyarədə olan 9 nəfərin hamısı həlak olub.

Qeyd olunur ki, təyyarə yerə çırpıldıqdan sonra yanğın başlayıb.

Qəza yerinin yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az