Kim Çen In Trampdan şəxsi məktub aldı

23 İyun 2019 09:36 (UTC+04:00)

KXDR lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampdan şəxsi məktub alıb.

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən “Renxap” agentliyi məlumat yayıb.

Bildirilir ki, Kim Çen In məktubun məzmunundan razı qalıb.

Məktubda nədən bəhs olunduğu açıqlanmır.(report.az)

AzNews.az