Rüstəm Orucov olimpiya çempionuna qalib gəldi

23 İyun 2019 14:00 (UTC+04:00)

Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə qələbə ilə başlayıb.

28 yaşlı idmançı 1/16 finalda monteneqrolu Sedrik Bessini məğlubiyyətə uğradıb. O, rəqibini 57 saniyəyə ipponla üstələyib. Azərbaycanın "Minsk 2019"dakı bayraqdarının növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Bu qarşılaşmada da Orucov 3 dəqiqə 27 saniyəyə qalib gələrək, adını 1/4 finala yazdırıb.

Bu çəkidəki daha bir cüdoçu Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı ilə məğlubiyyətə uğradıb. Onun növbəti rəqibi Din Yaakov Gemer olacaq.

Əvəzində qadınların yarışında Nuriyyə Axundova (63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı Stefania Adelina Dobreyə 1 dəqiqə 46 saniyəyə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə isə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.(report.az)

AzNews.az