“Sandıq demokratiyanın namusudur”

23 İyun 2019 23:27 (UTC+04:00)

MHP lideri bildirib ki, hazırda 23 iyun bələdiyyə sədrliyinə keçirilən seçknin nəticələri, CHP namizədinin səs üstünlüyü qazanması Cümhur İttifaqının mövqeyini əsla dəyişdirməyəcək: “Haqqın və həqiqətin yanında olmaq əzmimizi itirməyəcəyik”.

D.Baxçalı hazırda Türkiyə ictimaiyyətində erkən prezidentlik və parlament seçkiləri keçirilməsilə bağlı səslənən fikirlərə də mövqeyini bildirib: “Yeni bir erkən seçim keçirmək cəhdi ölkəmiz üçün ən böyük pisliklərdən biri ola bilər. Cümhur İttifaqı müqəddəs varlığını qoruyacaq. Türkiyənin artan daxili və xarici problemlərinə qarşı birgə hərəkət etməmiz müzakirəsiz bir gerçəkdir”. (APA)