Meksika prezidenti Andres Manuel Lopes Obrador ölkə başçısı üçün nəzərdə tutulmuş istirahət evinin satılacağını bəyan edib.
O bildirib ki, Kintano-Roo ştatındakı Kosumel adasında yerləşən evin satışından əldə olunan pullar həmin ştatın kasıblarına xərclənəcək.
Bazar günü Meksikada narkotacirlərin hərraca çıxarılmış evlərinin satışı baş tutub.
Hərraca çıxarılan 27 evdən 9-u satılıb və bu dövlətə 3 milyon dollar gəlir gətirib.(oxu.az)
AzNews.az