Kamerunda ağır qəza - 22 nəfər öldü

24 İyun 2019 10:21 (UTC+04:00)

Kamerunun qərb bölgəsində yerləşən Baham yaşayış məntəqəsinin yaxınlığında avtobusla yük maşını toqquşub.

Hadisə nəticəsində 22 nəfər həlak olub, bir neçəsi isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Regionun qubernatoru Ava Fon Auqustin bildirib ki, qəza avtobus sürücüsünün əks tərəfin yoluna çıxması nəticəsində baş verib.(AZƏRTAC)

AzNews.az