ABŞ-a gəlin köçən azərbaycanlı qızın bu görüntüsü səs-küyə səbəb oldu: "Biabırçılıq" - VİDEO

24 İyun 2019 11:22 (UTC+04:00)

Bir neçə gün öncə qızının tapılması üçün "Səni axtarıram" verilişinə müraciət edən anaya xoş xəbər verilib.

AzNews.az xəbər verir ki, ABŞ-ın Çikaqo ştatına gəlin köçən Arzudan iki aydır xəbər olmayıb. Bundan narahat olan qadın verilişə müraciət edib. Məlum olub ki, Arzu ailə üzvlərindən küsdüyü üçün onlarla əlaqə saxlamayıb:

"Mənim Cəlilabadda olarkən tanıdığım şagirdlərimdən biri ana olub. Onun övladı xəstə imiş. Məndən gəlinimiz vasitəsi ilə yardım istəyib. Lakin ailəm bunu məndən gizlədib. Hazırda o qadının uşağına yardım etmək üçün işləyirəm. Ailəm belə bir şeyi məndən gizlətdiyi üçün onlardan çox incimişəm".

Lakın qızın anasına göndərdiyi videomesajda izləyicilərin diqqətini onun geyimi çəkib. Verilişin rəsmi Youtube kanalında bu, müzakirələrə səbəb olub.

Aynur

AzNews.az