Hülusi Akar 3 partiya liderləri ilə görüşəcək

24 İyun 2019 11:57 (UTC+04:00)

Türkiyənin Müdafiə naziri Hülusi Akar CHP, MHP və İYİ partiyasının liderləri ilə görüşəcək.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akar bu gün MHP-nin sədri Dövlət Baxçalı, CHP lideri Kamal Kılıçdaroğlu və İYİ Parti rəhbəri Meral Akşener ilə görüşəcək.

Image result for Dövlət Baxçalı

Dövlət Baxçalı

Image result for Kemal Kılıçdaroğlu

Kamal Kılıçdaroğlu

Image result for Meral Akşener

Meral Akşener

Nazirin liderlərlə gündəmin isti mövzularını müzakirə edəcəyi deyilir.

Akarın görüşdə yeni əsgərlik sistemi, Rusiyadan alınacaq S-400 zenit-raket sistemi, ABŞ-la yaşananlar, F-35 mübahisəsi və İraqın şimalında davam edən “Pəncə” əməliyyatındakı son vəziyyət barədə partiya liderlərini məlumatlandırması gözlənilir.

Pərvanə Ağazadə

AzNews.az