İki yaşlı uşaq özünü nənəsinin tapançası ilə vurdu

24 İyun 2019 12:41 (UTC+04:00)

ABŞ-ın Cənubi Karolina ştatında 2 yaşlı uşaq nənəsinin çantasından tapdığı tapança ilə oynayarkən özünü vurub.

Başından yaralanan uşaq xəstəxanaya çatmamış ölüb.

Hadisə yerinə gələn polis əməkdaşları həkimlər gələnədək uşağı xilas etməyə çalışıb.

İnsidentlə bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az