Kanadada Azərbaycan mətbəxinə həsr olunan kitab işıq üzü gördü - Ermənilərə tutarlı cavab

24 İyun 2019 12:55 (UTC+04:00)

Kanadada yaşayan Şölə Axundovanın bu günlərdə “Azərbaycan və dünya mətbəxindən 101 resept” adlı kitabı işıq üzü görüb.

Bu haqda məlumatı AzNews.az-a açıqlamasında ABŞ-ın Miçiqan ştatında yaşayan həmyerlimiz Elman Eldaroğlu verib.

Onun sözlərinə görə, kitabın ərsəyə gətirilməsində məqsəd Azərbaycan mətbəxinin zəngin ənənələrini və eləcə də milli təamlarımızın hazırlanması qaydalarını kanadalılara təqdim etməkdən ibarətdir:

“Nəzərə alaq, mənfur qonşularımız bizim təamlarımızı öz adlarına çıxaraq, bütün dünyaya erməni mətbəxinin nümunələri kimi təqdim etməyə çalışırlar, onda Şölə xanımın bu xidmətinin nə qədər böyük olduğunu anlamaq olar. İngilis dilli oxucular üçün nəzərdə tutulan bu kitab, artıq Amazon.com-un satış platformasında və eləcə də Kanadanın kitab mağazalarında oxuculara təqdim olunub”.

Babək Göyüş

AzNews.az