Körpəsini zibilliyə atan qadın həbs edildi - FOTO

24 İyun 2019 13:14 (UTC+04:00)

Türkiyədə zibillikdən cəsədi tapılan körpənin anası saxlanılıb.

AzNews.az "Milliyyet"ə istinadən xəbər verir ki, hadisə Torbalı vilayətində baş verib.

Ötən cümə günü bələdiyyə işçiləri təmizlik işləri görərkən zibil qutusunda içərisində körpə cəsədi olan torba aşkar ediblər. Bu barədə polis idarəsinə məlumat verilib.

Axtarış tədbirləri nəticəsində körpənin anası 31 yaşlı Z.O həbs edilib.

Faktla bağlı cinayət işi açılıb.

AzNews.az