Qazaxıstanda bir şəhərin əhalisi təxliyyə edilir - VİDEO

24 İyun 2019 13:17 (UTC+04:00)

Qazaxıstanda hərbi hissənin silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarət alan 10 nəfər Arıs şəhər xəstəxanasına yerləşdirilib.

Qazaxıstan KİV-i xəbər verir ki, yaralıların 3-nün vəziyyəti ağırdır.

Məlumata görə, indiyə qədər 34 nəfər həkimə müraciət edib.

Hazırda Arıs sakinləri şəhərdən tamamilə təxliyyə olunur.(report.az)

AzNews.az