İspaniyada məscidə atəş açıldı

24 İyun 2019 13:38 (UTC+04:00)

İspaniyanın Seuta muxtar şəhərində naməlum şəxslər məscidi odlu silahdan bir neçə dəfə atəşə tutublar.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Efe” agentliyi məlumat yayıb.

Hadisə Afrikanın şimalında - Mərakeşlə sərhəddə yerləşən anklavda, Seuta muxtar şəhərində baş verib. İki nəfər məscidə hücum edib və 4 dəfə atəş açıblar. Xəsarət alan olmasa da məsciddə ibadət edən insanlar arasında vahimə yaranıb.

Silahlı şəxslər hadisə yerindən qaçıblar.(report.az)

AzNews.az