Yük maşını ağaca çırpıldı, sürücü...

24 İyun 2019 13:47 (UTC+04:00)

Hadisə Xaldan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşını yol kənarındakı ağaclara çırpılaraq aşıb. Bu zaman sürücüsü - 1978-ci il təvəllüdlü Siyavuş Sadıqov özünü kabinədən bayıra atıb və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az