İranda 190 ton narkotik vasitə müsadirə edildi

24 İyun 2019 16:28 (UTC+04:00)

Cari ilin əvvəlindən bu günə kimi İranın hüquq-mühafizə orqanları 190 ton narkotik vasitə müsadirə ediblər.

Bu barədə Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi, general Məhəmməd Məsud Zahedian bildirib. O deyib ki, bu dövr ərzində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan bir neçə silahlı dəstə zərərsizləşdirilib.

General bəyan edib ki, 2001-ci ildə ABŞ Əfqanistana hərbi müdaxilə etdikdən sonra bu ölkədən İrana narkotik vasitələrin qanunsuz daşınmasında artım müşahidə edilib.(AZƏRTAC)

AzNews.az