Bakının mərkəzi yollarından biri bağlandı

24 İyun 2019 17:16 (UTC+04:00)

Aparılan təmir işləri ilə əlaqədar Bakının Rəşid Behbudov küçəsindən Süleyman Rəhimov küçəsinə giriş bağlıdır.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

“Bu səbəbdən də qeyd edilən yolda sıxlıq müşahidə edilir”, - deyə məlumatda qeyd olunub.(report.az)

AzNews.az