Rusiya Aİ-yə qarşı ərzaq embarqosunun müddətini uzatdı

24 İyun 2019 17:23 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqına qarşı tətbiq edilən xüsusi iqtisadi tədbirlərin müddətinin uzadılmasını nəzərdə tutan fərman imzalayıb.

Sənəddə qeyd olunur ki, Avropa mallarına qarşı ərzaq embarqosu “Rusiyanın təhlükəsizliyinin təmin olunması məqsədilə” 2020-ci ilin yanvarından sonuna qədər davam etdiriləcək.

Qeyd edək ki, Avropa İttifaqı Şurası ötən həftənin sonunda Krım və Donbassla bağlı məsələyə görə Rusiyaya qarşı sanksiyaların müddətini 1 il artırıb.(qafqazinfo.az)

AzNews.az