Nardaranda qəsəbə sakinini maşın vurdu

24 İyun 2019 17:55 (UTC+04:00)

Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 23-də saat 21 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Rəhimli idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən qəsəbə sakini Muradəli Əliyevi vurub. M.Əliyev hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az