Bakıda istirahət mərkəzində iki nəfər döyülüb

24 İyun 2019 18:51 (UTC+04:00)

Hadisə paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Golden Beach” istirahət mərkəzində qeydə alınıb. Naməlum şəxslər çimərliyə gələn 22 yaşlı Timur Esetovu və 31 yaşlı Alik Mahmudovu döyüb.

Faktla bağlı araşdırma aparılır. (APA)